Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə zəng edib
Siyasət
320
18:45, Bu gün

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə zəng edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Moderator.az xəbər verir ki, Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.

Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Link kopyalandı!
Son xəbərlər