07:23
6°C
Bakı
Slovakiyanın Aİ məsələləri üzrə dövlət katibi Marek Eştok İranın Naxçıvana dron hücumları ilə bağlı Azərbaycanla həmrəyliyini ifadə edib.
Moderator.az xəbər verir ki, o, bununla bağlı "X"dəki hesabında yazıb.
"Naxçıvan Muxtar Respublikasının mülki infrastrukturuna edilən hücumlardan və mülki əhaliyə təsir göstərməsindən dərin sarsıntı keçirdim. İyun ayında Bakıda keçirdiyim siyasi məsləhətləşmələrim fonunda Azərbaycanla tam həmrəyliyimi ifadə edir və regionda sülh və təhlükəsizliyə dəstəyimi bir daha təsdiqləyirəm", - Marek Eştok yazıb.