Xorvatiya XİN:
Siyasət
348
06 Mar 2026 | 22:37

Xorvatiya XİN: "İranın Naxçıvana PUA hücumu qlobal təhlükəsizliyə təhdid yaradır"

Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.

Moderator.az xəbər verir ki, bu barədə Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman "X" platformasında paylaşım edib.

"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik", - deyə o bildirib.

Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır:

"Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".

Link kopyalandı!
Son xəbərlər