05:34
6°C
Bakı
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin İrandan pakistanlı vətəndaşların təxliyəsində davam edən köməyə görə Azərbaycana təşəkkür edib.
Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilir ki, səfir Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla danışıq aparıb.
"Mən Naxçıvana pilotsuz uçuş aparatlarının zərbələrini qətiyyətlə pisləyən Pakistanın mövqeyini təsdiqlədim. Pakistan Azərbaycanla və zərərçəkmiş vətəndaşlarla həmrəydir. Həmçinin Pakistan vətəndaşlarının İrandan təxliyəsində davam edən köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür etdim", - deyə paylaşımda vurğulanır.