01:38
6°C
Bakı
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta martın 11-də Bakıya səfər edəcək.
Moderator.az bu barədə Avropa İttifaqı Şurasının saytına istinadən xəbər verir.
Bildirilir ki, A.Koşta səfər zamanı bir sıra yüksəksəviyyəli görüşlər keçirəcək.
Qeyd edilir ki, Azərbaycan Aİ üçün strateji əhəmiyyətli tərəfdaşdır.
"Enerji sahəsində əməkdaşlığımız enerji təchizatını şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək səylərimiz üçün həlledici əhəmiyyətə malikdir. Görüşümüz həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün fürsət olacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini ifadə edir" , - deyə məlumatda vurğulanr.