İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət
367
06 Mar 2026 | 20:40

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

Prezident İlham Əliyevin serbiyalı həmkarı Aleksandar Vuçiç ilə telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.

Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.

Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Link kopyalandı!
Son xəbərlər