Alen Berse:
Siyasət
371
06 Mar 2026 | 20:37

Alen Berse: "İranın Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir"

Avropa Şurasının (AŞ) baş katibi Alen Berse bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir.

Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Həftənin əvvəlində mən Azərbaycan Prezidenti İlham Əliyevlə İranda və bütün Yaxın Şərqdə kəskinləşən böhranı, eləcə də onun Avropanın təhlükəsizliyi üçün nəticələrini müzakirə etdim.

Azərbaycana PUA ilə hücum gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir. Beynəlxalq hüquq güc tətbiqi üçün əsas olaraq qalmalıdır", - deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər