Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu müzakirə edib
Siyasət
348
06 Mar 2026 | 20:27

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçin ilə telefon danışığı baş tutub.

Bu barədə Moderator.az-a Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər. Ə.Əsədov İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbələri barədə məlumat verib.

Baş nazirlər həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Link kopyalandı!
Son xəbərlər