01:13
7°C
Bakı
Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.
Moderator.az xəbər verir ki, Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç-Radman bu barədə "X"dəki hesabında yazıb.
"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, o cümlədən onun hava limanına qarşı İranın pilotsuz uçuş aparatı ilə əsassız hücumlarını qətiyyətlə pisləyirik" , - o bildirib.
Nazir qeyd edib ki, bu hücum regional və qlobal təhlükəsizliyə təhdid yaradır:
"Biz İranı regionda gərginliyin daha da artmasına səbəb ola biləcək bu cür hərəkətlərə dərhal son qoymağa çağırırıq. Biz Azərbaycanla həmrəyliyimizi ifadə edirik".