Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı zamanı Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.
Moderator.az bu ölkənin XİN-nə istinadən xəbər verir ki, nazirlər Yaxın Şərqdəki mövcud vəziyyəti və gərginliyin azaldılmasının mümkün yollarını müzakirə ediblər.
"Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla (İranın - red.) bağlı ciddi narahatlıq ifadə edilib", - məlumatda vurğulanıb.
XİN rəhbərləri həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.
"Danışığın yekunlarına əsasən, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlikləri səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub", - Qazaxıstan XİN qeyd edib.