Monteneqro XİN rəhbəri İranın Azərbaycana dron hücumlarının narahatlıq doğurduğunu bildirib
Siyasət
350
06 Mar 2026 | 19:45

Monteneqro XİN rəhbəri İranın Azərbaycana dron hücumlarının narahatlıq doğurduğunu bildirib

6 mart 2026-cı il tarixində Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən Moderator.az-a verilən xəbərə görə, nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub.

Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.

Danışıq zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarına 5 mart tarixində Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı İran İslam Respublikası tərəfindən həyata keçirilmiş dron hücumları barədə məlumat verib. Bu addımın ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Nazir Ervin İbrahimoviç İranın ölkəmizə qarşı etdiyi dron hücumlarını qətiyyətlə pisləyib, narahatlıq doğurduğunu bildirərək, Azərbaycanın mövqeyini anlayışla qarşıladığını və ölkəmizlə həmrəy olduğunu qeyd edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Link kopyalandı!
Son xəbərlər