Nazirlər Kabineti: İrana və Azərbaycana qayıdan yük avtomobillərinin sərhəddən buraxılışına başlanılıb
Siyasət
428
06 Mar 2026 | 18:10

Nazirlər Kabineti: İrana və Azərbaycana qayıdan yük avtomobillərinin sərhəddən buraxılışına başlanılıb

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Moderator.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Bununla əlaqədar hazırda İran İslam Respublikasından Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycan Respublikasından İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər