Moldova XİN başçısı İranın Naxçıvana xain dron hücumunu pisləyib
Siyasət
385
17:37, Bu gün

Moldova XİN başçısı İranın Naxçıvana xain dron hücumunu pisləyib

Milli Məclisin sədri Sahibə Qafarova martın 6-da Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.

Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüş zamanı Sahibə Qafarova İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumlarını pisləyərək, ölkəmizə qarşı törədilən bu hücumların qəbuledilməz olduğunu və Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılandığını bildirib.

Mixay Popşoi isə Moldovanın bu xain hücumları qətiyyətlə qınadığını söyləyərək, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını bildirib.

Qeyd olunub ki, Azərbaycan da bir çox məsələlərdə Moldovanın yanında olub, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimiz bir-birinə qarşılıqlı dəstək verib. Mixay Popşoi, həmçinin Moldovada baş vermiş enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağa Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumat verib. Qonaq, ölkəsinin sülh prosesində Azərbaycanın təşəbbüs və liderliyini alqışladıqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Link kopyalandı!
Son xəbərlər