Serbiya XİN İranın Naxçıvana dron hücumunu pisləyib
Siyasət
388
17:27, Bu gün

Serbiya XİN İranın Naxçıvana dron hücumunu pisləyib

Serbiyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu pisləyib.

Moderator.az-ın məlumatına görə, nazirlik Azərbaycan ərazisində baş vermiş bu hadisəni qəbuledilməz adlandırıb.

Bildirilib ki, həmin hadisə zamanı ərazinin və əhalinin təhlükəsizliyi təhdid olunub.

Nazirlik Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edib:

"Dost ölkələrin daha geniş regional münaqişələrə cəlb olunması və ya sərhəd bölgələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının destabilizasiyası cəhdləri qəbuledilməzdir. Serbiya Respublikası sülhün qorunması, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hörmətlə qorunması prinsiplərinə sadiq qalır və Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsini dəstəkləyir".

Link kopyalandı!
Son xəbərlər