NATO Kevin Hamiltonu Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etdi
Bizi sosial şəbəkələrdən izləyin:
NATO Kevin Hemiltonun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə təyin olunduğunu elan edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə NATO-nun saytında məlumat dərc edilib.
NATO qeyd edib ki, Hamilton Alyansın bu iki strateji əhəmiyyətli bölgədə siyasətinin irəliləməsinə cavabdeh olacaq.
Hemilton, həmçinin NATO-nun Siyasi məsələlər və təhlükəsizlik siyasəti şöbəsində tərəfdaşlıq məsələləri üzrə baş katibin köməkçisinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinatdan əvvəl Kevin Hemilton 2023-2026-cı illərdə iqamətgahı Türkiyənin Ankara şəhərində yerləşən Kanadanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Daha əvvəl o, Rumıniya, Bolqarıstan və Moldovada səfir vəzifələrini tutub (2016-2020).