Pakistan Baş naziri Azərbaycana qarşı son hücumlarla bağlı narahatlığını ifadə edib
Siyasət
270
05 Mar 2026 | 22:30

Pakistan Baş naziri Azərbaycana qarşı son hücumlarla bağlı narahatlığını ifadə edib

Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.

Moderator.az xəbər verir ki, Pakistan Baş naziri bu barədə "X" hesabında paylaşım edib.

Baş nazir Pakistanın qardaş Azərbaycan dövlətinə qarşı həyata keçirilən son hücumlarla bağlı ciddi narahatlıq keçirdiyini bildirib: “Pakistan Azərbaycanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir və regionda gərginliyin daha da artmasına, sülh və sabitliyin pozulmasına səbəb ola biləcək bu cür qəbuledilməz hərəkətləri qətiyyətlə pisləyir”.

Bəyanatda tərəflərə təmkin nümayiş etdirmək çağırışı edilib və gərginliyin azaldılmasının vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, regionda sülh və sabitliyin qorunması üçün dialoq və diplomatiya yolu ilə həll yollarının axtarılması zəruridir.

Link kopyalandı!
Son xəbərlər