İslam Əməkdaşlıq Təşkilatı:
Siyasət
289
05 Mar 2026 | 22:27

İslam Əməkdaşlıq Təşkilatı: "İranın Naxçıvana hücumu Azərbaycanın təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır"

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İranın Azərbaycan ərazisində Naxçıvana dron hücumlarını kəskin şəkildə pisləyib.

Moderator.az xəbər verir ki, bu barədə İƏT "X" sosial şəbəkə hesabında bəyanat yayıb.

"Baş Katiblik mülki infrastruktura endirilən zərbələri və dinc sakinlərin həyatı üçün təhlükə yaradılmasını pisləyir, bu Azərbaycanın suverenliyini pozur, onun təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Baş Katiblik Azərbaycanla tam həmrəyliyini təsdiqləyir və suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunması məsələsində onun yanındadır", - deyə məlumatda bildirilir.

Baş Katiblik, həmçinin gərginliyin artmasına və regionda sabitliyin pozulmasına gətirib çıxara biləcək bu cür təxribat xarakterli hərəkətlərin dərhal dayandırılmasına çağırıb.

Təşkilat vurğulayıb ki, üzv dövlətlərə endirilən zərbələr və ya onların təhlükəsizliyinə hədə beynəlxalq hüququn prinsiplərini pozur və mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin əsaslarına ziddir.

Link kopyalandı!
Son xəbərlər