01:01
7°C
Bakı
İran İslam Respublikasının Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Azərbaycan suverenliyinin açıq-aydın pozulmasıdır.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Sözçü BMT Baş katibinin baş verənlərlə bağlı narahatlığını dilə gətirib:
"Biz Azərbaycan ərazisinə edilən dron hücumundan aşkar şəkildə çox narahatıq və ciddi təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır", - o bildirib.
S. Düjarrik İranı beynəlxaq hüquqa və BMT nizamnamələrinə əməl etməyə çağırıb.