Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yayıb
Siyasət
204
20:35, Bu gün

Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yayıb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İran ərazisindən bu gün Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumları ilə bağlı bəyanat yayıb.

Moderator.az xəbər verir ki, bəyanatda bildirilir ki, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanının ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın sahənin hədəfə alınması mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından qəti şəkildə pislənilir.

Qeyd olunur ki, mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən bu cür hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin, xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır.

Link kopyalandı!
Son xəbərlər