Bolqarıstan diplomatları İrandan təxliyə edilib
Siyasət
242
20:20, Bu gün

Bolqarıstan diplomatları İrandan təxliyə edilib

Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 10-dan çox əməkdaşı sərhədi keçərək Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Link kopyalandı!
Son xəbərlər