Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub - YENİLƏNİB
Siyasət
457
19:32, Bu gün

Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub - YENİLƏNİB

Martın 5-də İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Moderator.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.

İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

18.10

Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar “X”də bildirib.

O, Ceyhun Bayramovla telefon danışığı zamanı “İranın Azərbaycana qarşı qəsdən və açıq təcavüzünü pislədiyini” bildirib.

Saar qeyd edib ki, bu, tamamilə qəbuledilməzdir.

Link kopyalandı!
Son xəbərlər