Türkiyə XİN: Türkiyə bundan sonra da Azərbaycanın yanındadır
Siyasət
417
17:39, Bu gün

Türkiyə XİN: Türkiyə bundan sonra da Azərbaycanın yanındadır

Türkiyə Xarici İşlər Nazirliyi İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb.

Moderator.az xəbər verir ki, rəsmi Ankara bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyib.

“Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin vacibliyini bir daha vurğulayırıq.

Türkiyə hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”, - bəyanatda deyilir.

Link kopyalandı!
Son xəbərlər