Fransa səfiri Azərbaycana dron hücumunu pisləyib - FOTO
Siyasət
125
17:15, Bu gün

Fransa səfiri Azərbaycana dron hücumunu pisləyib - FOTO

İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır.

Moderator.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X" sosial şəbəkəsində yazıb.

Diplomat qeyd edib ki, bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyir:

"Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram".

 

Link kopyalandı!
Son xəbərlər