Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib - YENİLƏNİB
Siyasət
507
17:37, Bu gün

Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İran tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycana edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.

Telefon danışığı zamanı nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Moderator.az xəbər verir ki, nazirlər İranın Azərbaycana dron hücumlarını müzakirə edib.

Link kopyalandı!
Son xəbərlər