SEPAH-ın ikiüzlü siyasəti:
Siyasət
426
16:27, Bu gün

SEPAH-ın ikiüzlü siyasəti: "Naxçıvana hücum Bakıya xəbərdarlıq idi" - FOTO

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Naxçıvan hava limanına edilən dron hücumundan sonra paylaşım edib.

Moderator.az xəbər verir ki, bu barədə SEPAH-ın "Teleqram" kanalı məlumat yayıb.

Daha öncə məlumat təkzib olunsa da, SEPAH hadisədən sonra ikiüzlü addımını ortaya qoyan paylaşım edib.

"Naxçıvan hava limanına - xüsusilə də İsrail və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə hücum həyata keçirən "Arash-2" dronu olub. Düşmən bunu görür və bilməlidir ki, İran heç bir tərəflə nə zarafat edir, nə də kiməsə güzəştə gedir. 120 kiloqramlıq döyüş başlığı və çox yüksək dağıdıcı gücü olan bu vasitə quru qoşunları tərəfindən istifadə olunur. Bu, yalnız muzdlular və xainlər rejimi olan Bakıya verilən bir xəbərdarlıq gülləsi idi", - deyə SEPAH-ın paylaşımında qeyd olunub.

SEPAH-ın ikiüzlü siyasəti: Naxçıvana hücum Bakıya xəbərdarlıq idi - FOTO

Link kopyalandı!
Son xəbərlər