Ər-Riyad İranın Naxçıvana zərbələrini tənqid etdi: Tehranın düşmənçilik kursu...
Siyasət
320
15:25, Bu gün

Ər-Riyad İranın Naxçıvana zərbələrini tənqid etdi: Tehranın düşmənçilik kursu...

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə PUA ilə hücum etmək cəhdini pisləyib.
 
Bu barədə Moderator.az XİN-ə istinadən xəbər verir.
 
"İki ölkəyə qarşı bu qorxaq cəhdlər, həmçinin İranın region dövlətlərinə qarşı təkrarlanan həyasız davranışı heç bir halda bəraət qazandırılması mümkün olmayan düşmənçilik kursunun sübutudur. Bu, həm də beynəlxalq qanunlara, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır", - bəyanatda deyilir.
 
Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla, onların hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir. Həmçinin onların gərginliyin qarşısını almaq, regionda təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərdikləri səyləri yüksək qiymətləndirir.
Link kopyalandı!
Son xəbərlər