YAP:
Siyasət
209
15:10, Bu gün

YAP: "İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir"

"İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain təxribat cəhdidir, regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir".
 
Moderator.az xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) bəyanatında yer alıb.
 
Qeyd edilib ki, martın 5-də İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, YAP-ın üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub:
 
"Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq olub. Azərbaycanın bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq kontekstində etimad quruculuğuna hədəflənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almağa qadirdir".
 
Partiya İranın bu hücum aktını qətiyyətlə pislədiyini bəyan edib:
 
"Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik!"
 
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
 
Link kopyalandı!
Son xəbərlər