“İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi
Siyasət
1002
13:22, Bu gün

“İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi

“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
 
Dəyişikliklərə əsasən, qanunun 13-cü maddəsinə strateji əhəmiyyətə malik investisiyalarla bağlı yeni müddəalar əlavə olunub. Belə ki, dövlət ehtiyacları üçün, habelə strateji əhəmiyyətli investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya milli maraqlara zidd olan müstəsna halların qarşısının alınması məqsədilə investisiyaların alınmasının hüquqi əsasları daha da dəqiqləşdirilib.
 
Qanuna əlavə edilən yeni müddəaya görə, strateji əhəmiyyətə malik investisiyaların qeyd olunan müstəsna hallarda milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə həyata keçiriləcək.
 
Eyni zamanda, kompensasiyanın ödənilməsi qaydası investisiya müqaviləsində müəyyən edilən şərtlərə uyğun olaraq tənzimlənəcək, belə qayda nəzərdə tutulmadıqda isə qanunvericiliyin müvafiq tələbləri tətbiq ediləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər