Boçorişvili: Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh bölgədə yeni reallıq yaradıb
Siyasət
144
21:10, Bu gün

Boçorişvili: Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh bölgədə yeni reallıq yaradıb

“Bir tərəfdən regionda sülh və sabitlik, digər tərəfdən Gürcüstanın Ermənistan və Azərbaycanla mövcud münasibətləri Orta Dəhlizin inkişafında həlledici rol oynayacaq”.

Moderator.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.

Nazir Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü bölgə üçün tarixi şans adlandırıb.

"Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb və hər iki tərəf habelə regional layihələr çərçivəsində əməkdaşlıq yolları tapmağa çalışır. Bu, bizim üçün yeni reallıq və region üçün yeni imkanlardır", - Boçorişvili əlavə edib.

XİN başçısı onu da qeyd edib ki, Orta Dəhlizin inkişafı ilə region mühüm geosiyasi mərkəzə çevriləcək.

"Hazırkı vəziyyətdə biz tədarük zəncirləri və geosiyasi şəraitdə dəyişiklikləri müşahidə edirik. Orta Dəhlizin artan əhəmiyyətini inkar etmək mümkün deyil", - nazir əlavə edib.

Link kopyalandı!
Son xəbərlər