Şahin Mustafayev İranın yol və şəhərsalma nazirinə zəng etdi
Siyasət
236
17:35, Bu gün

Şahin Mustafayev İranın yol və şəhərsalma nazirinə zəng etdi

Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.

Moderator.az xəbər verir ki, Şahin Mustafayev telefon danışığı zamanı İranın keçmiş Ali lideri Əli Xameneinin və çox sayda insanın ölümü ilə bağlı başsağlığı verib.

Baş nazirin müavini bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu, onların kədərini bölüşdüyünü ifadə edib.

Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Link kopyalandı!
Son xəbərlər