23:21
9°C
Bakı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın VNG AG şirkəti arasında bərpa olunan enerji və aşağı karbonlu qaz həlləri üzrə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Moderator.az SOCAR-a istinadən xıbır verir ki, bu barədə müzakirələr SOCAR-ın vitse-prezidentləri Elşad Nəsirov və Əfqan İsayevin VNG AG şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı SOCAR ilə VNG AG arasında təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində, həmçinin qaz infrastrukturundan istifadə imkanları nəzərdən keçirilib.