22:59
9°C
Bakı
İrandan Azərbaycana martın 3-də saat 17:00-dan 19:00-a qədər Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 50 nəfərin təxliyəsi həyata keçirilib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, onlardan 7-si Azərbaycan vətəndaşı olub.
Bundan başqa, Çinin 16, Rusiyanın 15, Cənubi Afrika Respublikasının 3, Gürcüstanın 2, Filippin, İtaliya və Nigeriyanın hərəsinin 1 vətəndaşı təxliyə edilib.
Rusiya vətəndaşlarından ikisi səfirlik əməkdaşı olub.