İraq Ceyhan limanına neft ixracını dayandırıb
Siyasət
176
19:55, Bu gün

İraq Ceyhan limanına neft ixracını dayandırıb

İraq Kürdüstan regionundan Türkiyənin Ceyhan limanına neft ixracını dayandırıb.

Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ, İsrail və İran arasındakı münaqişənin gərginləşməsi fonunda istehsalçıların ehtiyat tədbiri kimi hasilatı azaltmasından sonra sutkada təxminən 200 min barel neftin nəqli dayandırılıb.

Bundan əlavə qeyd olunub ki, İraq Neft Nazirliyi ölkədəki bir sıra istehsalçılara neft hasilatını azaltmaq xahişi ilə müraciət edib. Qurum bildirib ki, Hörmüz boğazının bağlanması beynəlxalq gəmiçiliyin pozulmasına gətirib çıxarıb və tankerlərin daxil olmasını qeyri-mümkün edib. Belə ki, İraqın cənub limanlarında gəmi çatışmazlığı və bəzi terminallarda ixracın azalması rezervuarların saxlama gücünün kritik həddə çatmasına səbəb olub.

İraq yanvar ayında sutkada 4,157 milyon b/s hasil edib. Hazırda Yaxın Şərqdə yerli istehlak üçün sutkada cəmi 50 min b/s istehsal olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər