EBRD Azərbaycanı energetika sahəsində iki qitə arasında körpü adlandırıb
Siyasət
200
18:27, Bu gün

EBRD Azərbaycanı energetika sahəsində iki qitə arasında körpü adlandırıb

Azərbaycan energetika sahəsində iki qitəni birləşdirən əsl körpü funksiyasını yerinə yetirir.

Moderator.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avrasiya regionu üzrə energetika departamentinin direktoru Şule Topçu Kılıç Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası zamanı bildirib.

"EBRD regionda enerji keçidinə dəstək verməkdən qürur duyur, "yaşıl" enerji dəhlizləri çərçivəsində strateji tərəfdaşlığın möhkəmlənməsini, həmçinin Azərbaycan ilə digər dövlətlər, o cümlədən Gürcüstan, Türkiyə, Rumıniya, Macarıstan, Bolqarıstan, Özbəkistan və Qazaxıstan arasında nəqliyyat və rəqəmsal əlaqələrin gücləndirilməsini alqışlayır – onların hamısı EBRD-in əməliyyat apardığı ölkələr sırasına daxildir", - o deyib.

Ş.Kılıç hesab edir ki, Azərbaycan bütün bu dövlətləri birləşdirərək və dünyanın iki qitəsi arasında əsl körpü rolunu oynayaraq burada son dərəcə mühüm mərkəzi yer tutur.

"Bu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi böyük həcmdə bərpa olunan enerji tələb edəcək, bunu da həm Azərbaycan, həm də bütövlükdə region təmin etmək iqtidarındadır", - o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər