Avropa İttifaqının nazirləri Bakıya gəlirlər
Siyasət
224
02 Mar 2026 | 22:40

Avropa İttifaqının nazirləri Bakıya gəlirlər

Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü keçiriləcək.

Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) da daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə qurumu və təşkilatı, eləcə də 49 enerji şirkəti iştirak edəcək.

Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edəcəklər.

İlk sessiyadan sonra görüş Nazirlər Sessiyası, Cənub Qaz Dəhlizi Sessiyası: Uğurun Davamlılığı və Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələrinin inkişafının növbəti mərhələsinin irəlilədilməsi ilə davam edəcək.

Məşvərət Şurası çərçivəsində Aİ-Azərbaycan Yaşıl Bağlantı İnvestisiya Dəyirmi Masası keçiriləcək. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşünün nəticələri ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Görüşü 2015-ci ilin fevral ayından bəri keçirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər