22:29
5°C
Bakı
Yaponiyanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi regiondakı vəziyyətlə əlaqədar müvəqqəti olaraq bağlanıb.
Moderator.az-ın məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
"Hazırda hər hansı təhdid məlumatı daxil olmasa da, Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də yalnız konsulluq şöbəsini müvəqqəti olaraq bağlayır. Az əvvəl saytımızda çıxmış xəbərdə Konsulluq şöbəsinin qeyri-müəyyən müddətə bağlanılması qeyd edilib. Lakin bağlanma yalnız bu gün və sabahı əhatə edən müvəqqəti bağlanmadır", - səfirliyin açıqlamasında bildirilib.