İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil ediləcək
Siyasət
129
19:30, Bu gün

İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil ediləcək

Martın 2-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, "Zeynəbiyyə" Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə soydaşlarımızla yanaşı, Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, yerli din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

İftar mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Böyük Millət Məclisinin İstanbul millət vəkili, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə Türkiyə Böyük Millət Məclisinin Kütahya millət vəkili Ahmet Erbaş və Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz çıxış edəcəklər.

Mərasim hər iki ölkənin himni səsləndirildikdən sonra Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Fəyaz Nəsirzadənin Quran tilavəti ilə davam edəcək.

Ramazan duaları oxunduqdan sonra iştirakçılar üçün iftar süfrəsi açılacaq.

Qeyd edək ki, soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, Azərbaycan dövləti ilə əlaqələrin gücləndirilməsinə, Ramazan ayının fəlsəfəsindən irəli gələn mənəvi-əxlaqi dəyərlərin təşviqinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xidmət edən iftar süfrələri 4-6 mart tarixlərində Qars və İğdır şəhərlərində davam etdiriləcək.

Link kopyalandı!
Son xəbərlər