Azərbaycan və Küveytin XİN rəhbərləri bölgədəki gərginliyi müzakirə etdilər
Siyasət
229
16:27, Bu gün

Azərbaycan və Küveytin XİN rəhbərləri bölgədəki gərginliyi müzakirə etdilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Küveytin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığı baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı bölgədə artan gərginlik müzakirə olunub.

Nazirlər davam edən hərbi toqquşmalarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin regional təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaratdığını bildiriblər.

Gərginliyin azaldılmasının vacibliyi vurğulanaraq, danışıqlar prosesinə qayıdış üçün diplomatik təşəbbüslərin gücləndirilməsinin önəmi diqqətə çatdırılıb.

XİN başçıları beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyini qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Link kopyalandı!
Son xəbərlər