Milli Məclisin təmsilçiləri QDİƏT-in iclasında iştirak edəcək
Siyasət
219
15:59, Bu gün

Milli Məclisin təmsilçiləri QDİƏT-in iclasında iştirak edəcək

Milli Məclisin komitə sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova martın 3-də Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.
 
Moderator.az xəbər verir ki, sSəfər çərçivəsində deputatlarımız QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin iclasında iştirak edəcəklər. İclasda “Qara dəniz regionunda əlaqələrin və əməkdaşlığın gücləndirilməsində mədəni diplomatiyanın rolu” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.
 
Link kopyalandı!
Son xəbərlər