Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Siyasət
139
13:58, Bu gün

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Baş naziri Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
 
Görüş zamanı Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.
 
BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.
 
Link kopyalandı!
Son xəbərlər