İranın Azərbaycandakı səfiri mətbuat konfransı keçirir - YENİLƏNİB
Siyasət
386
12:45, Bu gün

İranın Azərbaycandakı səfiri mətbuat konfransı keçirir - YENİLƏNİB

İran Hörmüz boğazını bağlamayıb.
 
Bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.
 
"Həmin ərazidə hərəkəti İran idarə edir. Bu marşrutdan istifadə edən bəzi tankerlər qaydaları pozduğu üçün onlara qarşı tədbir görülüb. Lakin İranın mənafeyi tələb edərsə, hərəkətin bağlanması üçün addımlar atıla bilər", - səfir bildirib. /APA/
 
11:27
 
ABŞ-la danışıqların getdiyi bir dövrdə İrana qarşı hərbi təcavüz baş verib. Bu, diplomatik proseslər fonunda ziddiyyətli siyasətin göstəricisidir.
 
Bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.
 
Səfirin sözlərinə görə, ABŞ və İsrailin regionda həyata keçirdiyi hücumlar İranın suverenliyinə qarşı yönəlib və İranın atdığı addımlar özünümüdafiə xarakteri daşıyır.
 
O vurğulayıb ki, İranın özünümüdafiə tədbirləri region ölkələrinə qarşı deyil, yalnız hərbi təcavüzə cavab məqsədi daşıyır. /APA/
 
Link kopyalandı!
Son xəbərlər