"ABŞ siyasi və iqtisadi qarşılıqlı əlaqələri gücləndirərək, Azərbaycanla ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmağa çalışır".
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon bildirib.
Onun sözlərinə görə, ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş tarixi Vaşinqton sammitindən sonra Bakıdakı səfirliyin komandası ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsi üzərində fəal işləyir.
"Bu ay biz mühüm bir mərhələni - ABŞ vitse-prezidentinin təxminən son 20 ildə Azərbaycana ilk səfərini qeyd etdik. Regional qarşılıqlı əlaqələrin, ikitərəfli ticarət və investisiyaların inkişafına, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Vitse-prezident Cey. Di. Vensin səfəri ilə eyni vaxtda ölkəyə ABŞ Ticarət Palatasının geniş nümayəndə heyəti gəldi. Əvvəlcə 10 şirkətin iştirakı planlaşdırılsa da, nəticədə 30 şirkət və 60 nümayəndə gəlmiş oldu. Bu, böyük uğur olub", - E.Karlon deyib.