Türkiyənin Rusiyadakı səfiri: Xocalı faciəsini pisləyirik
Siyasət
42
23:40, Bu gün

Türkiyənin Rusiyadakı səfiri: Xocalı faciəsini pisləyirik

Azərbaycanın Rusiyadakı Səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, tədbirdə iştirak edən Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Tanju Bilgiç  Azərbaycan xalqı 34 il əvvəl böyük faciə ilə üzləşdiyini bildirib.

Onun sözlərinə görə, hadisələr zamanı 613 nəfər həyatını itirib, minlərlə insan yaralanıb, çox sayda şəxsin taleyi isə hələ də naməlum qalır.

"Biz qətliamı o zaman da pislədik, bu gün də pisləyirik", - səfir vurğulayıb.

Diplomat qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin mahiyyətini ayrıca izah etməyə ehtiyac yoxdur: "Biz bir millət, iki dövlətik və hər zaman can Azərbaycanın yanındayıq. Bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik".

T.Bilgiçin sözlərinə görə, yüksək səviyyədə təşkil olunan tədbirdə təkcə Xocalı qurbanlarının xatirəsi yad edilməyib, eyni zamanda azad olunmuş ərazilərdə aparılan işlər barədə də məlumat verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər