Vahid Qədim Ukrayna müharibəsində itkin düşdü
Siyasət
33
23:30, Bu gün

Vahid Qədim Ukrayna müharibəsində itkin düşdü

İddiaya görə, Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, əslən azərbaycanlı, meyxanaçı kimi tanınan Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Moderator.az xəbər verir ki, bu sözləri hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb.

“Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib.

Bir müddət öncə KİV-də məlumat yayılmışdı ki, meyxanaçı Vahid Qədim Rusiyada sevgilisin bıçaqlıyıb”, – deyə o əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər