Xocalı soyqırımı Ukraynada yad edildi - VİDEO
Siyasət
93
22:55, Bu gün

Xocalı soyqırımı Ukraynada yad edildi - VİDEO

Xocalı soyqırımı qurbanları Ukraynanın paytaxtı Kiyev şəhərində də anılıblar.

Kiyev Milli Akademik Opera Teatrında təşkil olunan anım mərasimində Ukraynada akkreditə olunmuş səfirlər, ukraynalı ziyalılar və tələbələr iştirak ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

 

 

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarının 18 ştatında Xocalı soyqırımı tanıdılıb.

Səfir qeyd edib ki, əgər dünya ictimaiyyəti Xocalı soyqırımına vaxtında hüquqi qiymət versəydi, bəlkə də, dünyanın başqa yerlərində baş vermiş sonrakı soyqırımıların qarşısını almaq olardı.

Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov vurğulayıb ki, Xocalı soyqırımında günahkar olan hər kəs cəzalandırılmalıdır:

"Ədalətli məhkəmə olmalıdır ki, bu faciə üzərində şərti nöqtə qoyulsun və günahsız qurbanların nəsillərinə öz doğma torpağında rahat yaşamağa, işləməyə, suveren dövlətində xoşbəxt gələcək qurmağa imkan versin. Azərbaycan bu istiqamətdə ilk və heyrətamiz nümunə göstərdi. Azərbaycan xalqına və hakimiyyətinə, universitetimizin fəxri doktoru, Prezident İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycana bu qalibiyyəti yaşatdı".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər