20:59
8°C
Bakı
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə İndoneziyanın Bakıdakı səfirliyi "Instagram" sosial şəbəkə hesabında məlumat yayıb.
"Görüş zamanı tərəflər İndoneziya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi strategiyalarını, əməkdaşlıq mexanizmlərinin infrastrukturunu, eləcə də gələcək əməkdaşlıq proqramları üzrə təklifləri müzakirə ediblər", - deyə səfirliyin paylaşımında vurğulanır.