19:59
8°C
Bakı
Polşanın Baş naziri Donald Tusk ermənistanlı həmkarı Nikol Paşinyan ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinin təsdiqlənməsini müzakirə ediblər.
Moderator.az "Armenpress" agentliyinə istinadən xəbər verir ki, müzakirə N.Paşinyanın Polşaya rəsmi səfəri çərçivəsində Varşavada baş tutub.
Bildirilir ki, iki ölkənin baş nazirləri görüş zamanı TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) təşəbbüsünün reallaşdırılmasına, həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişafına dair məsələlərə toxunublar.