Emin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
Siyasət
47
18:15, Bu gün

Emin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb.

Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Macarıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Nazir həmçinin Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin nümayəndələri ilə görüşüb. Görüş çərçivəsində təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşübEmin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşübEmin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşübEmin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşübEmin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər