Haaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilib
Siyasət
92
17:50, Bu gün

Haaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilib

Haaqa şəhərinin baş kilsəsi və əsas dini-mədəni mərkəzi olan “Grote Kerk”də Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Əbədi əks-sədaların elegiyası” adlı anım tədbiri keçirilib.

Bu barədə Moderator.az-a Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.

Tədbirdə Niderlandın dövlət qurumlarının, parlamentinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi-ictimai, mədəniyyət, elmi dairələrin nümayəndələri iştirak edib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında Xocalı soyqırımının dəhşətli nəticələrini xatırladıb.

Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və milli ordunun şücaəti sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş qətiyyətli addımlar atır.

“I Briconcello” kamera ansamblının direktoru maestro Pierluici Ruccero rəhbərlik etdiyi ansamblın 15 il ərzində Azərbaycanla Avropa arasında mədəni körpü rolunu oynadığını, Azərbaycan həqiqətlərinin musiqinin dili ilə Avropa ictiamiyyətinə çatdırılması istiqamətində çalışdığını deyib. Bu xüsusda, həyata keçirdiyi layihələrdən danışıb, xüsusilə də İtaliyada Xocalı soqyırımı qurbanlarının anılmasının 25-ci ildönümü münasibətilə səhnələşdirdiyi Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu ““Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında ədəbi-musiqili tamaşanı, habelə bu soyqırımın 30-cu ildönümü münasibətilə Arye və Əmir Qutun həmmüəllifi olduqları “Ağrı” romanının motivləri əsasında ədəbi-musiqili tamaşanı qeyd edib.

Maestro bildirib ki, ansamblın təqdim etdiyi “Əbədi əks-sədaların elegiyası” konsert proqramı Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirmiş İtaliyanın müxtəlif şəhərlərində 2021-ci ildə səhnəyə qoyulub və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ithaf olunub. O əlavə edib ki, repertuar musiqinin sərhədləri aşaraq insanları birləşdirdiyini, hörmət, dialoq və qarşılıqlı anlaşmanı təşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsirlik multikultural və dini tolerantlıq ənənəsini rəmzi olaraq əks etdirir.

Tədbirin musiqi proqramında dünya şöhrətli bəstəkarların həzin və lirik əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin “Şuşa” əsəri, Kəmalə Əlizadənin aranjmanında Azərbaycan xalq mahnısı “Sarı gəlin”, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar və Sevda İbrahimovanın seçilmiş əsərləri səsləndirilib.

Haaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilibHaaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilibHaaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilibHaaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər