Yekaterinburqda Xocalı soyqırımının qurbanları anılıb - FOTO
Siyasət
29
17:35, Bu gün

Yekaterinburqda Xocalı soyqırımının qurbanları anılıb - FOTO

Rusiyanın Yekaterinburq şəhərində Xocalı soyqırımının qurbanları anılıb.

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi və fotosərgi təşkil edilib.

Matəm rəmzi olaraq Baş Konsulluğun binası qarşısında dövlət bayrağı yarıya qədər endirilib.

Diaspor nümayəndələrinin, gənclərin və konsulluq əməkdaşlarının iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ziyarətçilər soyqırımı qurbanlarının fotoları önünə gül dəstələri düzüb, konsulluq tərəfindən hazırlanmış “Справедливость для Ходжалы” (Xocalıya ədalət) adlı məlumatverici broşürlarla tanış olublar.

Tədbirdə çıxış edən Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və digər natiqlər Xocalı soyqırımını bəşəriyyət tarixinə həkk olunmuş ən qanlı cinayətlərdən biri kimi xarakterizə ediblər. Natiqlər Xocalı soyqırımına beynəlxalq müstəvidə tam hüquqi qiymətin veriləcəyinə əminliklərini ifadə ediblər.

Eyni zamanda, xüsusi vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və bu gün Xocalıda ucaldılan Memorial Kompleksin açılışı tarixi ədalətin qələbəsidir. Mərasim zamanı Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının faciənin 34-cü ildönümü ilə bağlı bəyanatı iştirakçıların diqqətinə çatdırılıb.

Anım tədbiri rejissor Vaqif Mustafazadənin Xocalı dəhşətlərindən bəhs edən “Dərdimi çəkirəm” sənədli filminin nümayişi ilə yekunlaşıb.

Yekaterinburqda Xocalı soyqırımının qurbanları anılıbYekaterinburqda Xocalı soyqırımının qurbanları anılıbYekaterinburqda Xocalı soyqırımının qurbanları anılıbYekaterinburqda Xocalı soyqırımının qurbanları anılıbYekaterinburqda Xocalı soyqırımının qurbanları anılıbYekaterinburqda Xocalı soyqırımının qurbanları anılıb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər